ELM VƏ TƏHSİL


Növbəti SAT imtahanı keçirilib

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı təşkil olunub.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 104 nəfər iştirak edib. Bir nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. Növbəti SAT imtahanının avqustun 27-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumat DİM-in rəsmi internet saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.