ELM VƏ TƏHSİL


Növbəti TOEFL IBT və SAT imtahanları keçiriləcək

Bakı, 18 may, AZƏRTAC

Növbəti TOEFL IBT və SAT imtahanları mayın 19-da Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu Mikayıl Müşfiq küçəsi, 1M ünvanındakı inzibati binasında təşkil olunacaq.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, TOEFL IBT imtahanı saat 9.00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 8.15-dək imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak üçün 15 və daha aşağı yaş qrupuna mənsub olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

SAT imtahanında iştirak edəcək şəxslər isə saat 7.45-dək imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. Saat 8.30-da başlayacaq imtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

TOEFL imtahanı haqqında ümumi məlumatla tanışlıq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq lazımdır.

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı http://dim.gov.az/activities/exams/sat/ keçidindən əldə etmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.