ELM VƏ TƏHSİL


Növbəti TOEFL iBT və GRE beynəlxalq imtahanları keçirilib

 

Bakı, 26 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL iBT imtahanı keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 14 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti TOEFL iBT imtahanının mayın 15-də keçirilməsi nəzərdə tutulur.

GRE imtahanında isə 1 nəfər iştirak edib. İmtahanın nəticələri ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənilə bilər. Növbəti GRE imtahanının aprelin 29-da keçirilməsi nəzərdə tutulur.

İmtahanlar DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub

Hər iki imtahanda iştirak etmək istəyənlər qeydiyyatdan keçmək qaydaları ilə DİM-in saytındakı müvafiq linklər vasitəsilə tanış ola bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.