CƏMİYYƏT


Növbəti ağacəkmə aksiyası Binəqədi rayonunda təşkil olunub

Bakı, 28 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin diqqət yetirdiyi sahələrdən biri kimi, yaşıllıq zolaqlarının genişləndirilməsi paytaxtın bütün rayonlarında olduğu kimi, Binəqədi rayonunda da prioritet istiqamətdir.

AZƏRTAC xəbər verir ki, Xocasən qəsəbəsində yerləşən Matadrom yaşayış massivində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Binəqədi rayon təşkilatının kollektivi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Bariatrik və Metobolik Cərrahlar Assosiasiyasının üzvləri, Binəqədi rayon bələdiyyələrinin, rayon yaşıllaşdırma idarəsinin təmsilçiləri daxil olmaqla 350-dək şəxs iştirak edib. Aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyəsinə əsasən, Abşeron yarımadasının iqlim şəraitinə uyğun olaraq 650-dən çox şam, küknar, badam, zeytun və tut ağacı əkilib.

Qeyd edək ki, ümumrayon iməciliyi çərçivəsində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların ərazilərində, o cümlədən təhsil və səhiyyə müəssisələrində də iməciliklər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.