CƏMİYYƏT
Növbəti eko-skaut düşərgəsi keçiriləcək
Bakı, 18 may, AZƏRTAC
Mayın 28-30-da Samur-Yalama Milli Parkında Azərbaycan Respublikasının Gənclər Fondu ilə Azərbaycan Skautlar Assosiasiyasının birgə təşkilatçılığı ilə IDEA eko-skaut proqramı çərçivəsində “Təbiətin keşiyində” adlı düşərgə keçiriləcək.
AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, iştirakçıları Milli parkın ərazisində eko-tur, marşrut boyu praktik təlimlər, hikinq, əyləncəli yarışlar, müsabiqələr, həmçinin gəncləri musiqi, maraqlı ekoloji mövzularda fikir mübadilələri və s. sürprizlər gözləyir.
Düşərgədə iştirak etmək istəyənlər üçün yaş həddi 18-25 nəzərdə tutulub.
Qeyd olunub ki, iştirakçılar çadır, yataq kisəsi, mat, təlim ləvazimatları, ilk yardım dəsti, nəqliyyat, qida və su ilə təmin olunacaqlar.
Düşərgədə iştirak etmək istəyən gənclər https://forms.gle/Lcs54FAT2ZX2qSi6A linkdəki formanı doldurmalıdırlar.