ELM VƏ TƏHSİL


Növbəti fənlər üzrə vakansiya seçiminə start verilir

Bakı, 9 sentyabr, AZƏRTAC

Bu il avqustun 31-dən sentyabrın 4-dək Azərbaycan dili (dövlət dili kimi), alman dili, ingilis dili, kimya, riyaziyyat və texnologiya fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, kimya fənni üzrə ümumi təhsil müəssisələrinə keçid balı 30, digər fənlər üzrə isə 36 müəyyənləşdirilib.

Namizədlər sentyabrın 10-u saat 14.00-dan sentyabrın 11-i saat 23.59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.

Qeyd edək ki, avqustun 31-dən sentyabrın 4-dək keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apelyasiya müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.