İQTİSADİYYAT
Növbəti güzəştli mənzillər Hövsan qəsəbəsində tikiləcək
Bakı, 11 aprel, Ramiz Quliyev, AZƏRTAC
Ölkə vətəndaşlarının mənzilə olan tələbatının ən yüksək göstəricilərinin məhz Bakıda olduğunu nəzərə alaraq, Mənzil İnşaatı Dövlət Agentliyi ikinci layihəsini də paytaxtda həyata keçirməyi qərara alıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev agentliyin bir illik fəaliyyəti ilə bağlı hesabat iclasında deyib.
S.Nuriyev qeyd edib ki, Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar torpaq sahəsi güzəştli mənzillərin tikintisi üçün agentliyin sərəncamına verilib.
Bildirilib ki, güzəştlə mənzil əldə etmək üçün müraciət edən vətəndaşlar mənzili orta bazar qiymətindən aşağı qiymətə, İpoteka Fondunun güzəştli ipoteka krediti, həmçinin öz vəsaiti və ya kredit təşkilatından cəlb etdiyi maliyyə vəsaiti hesabına sahib ola biləcəklər.