İQTİSADİYYAT


Növbəti həftə daha 4 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq

Bakı, 18 iyun, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası davam edir.

İB-dən AZƏRTAC-a bildirilib ki, növbəti həftə daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya iyunun 21-də saat 14:00-dan 15:00-dək Ağstafa rayonunda (Köçəsgər kəndi) və saat 17:00-dan 18:00-dək Tovuz rayonunda (Çatax kənd icra nümayəndəliyinin qarşısı), iyunun 22-də saat 11:00-dan 12:00-dək Gədəbəy rayonunda (Qoşabulaq kəndi, tibb məntəqəsinin qarşısı), saat 14:00-dan 15:00-dək isə Şəmkir rayonunda (Aşağı Seyfəli kəndi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.