Növbəti həftə sakinlərin qaz təchizatı ilə bağlı problemləri dinləniləcək
AzerTAg.az
Bakı, 6 avqust, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyaları davam edir.
İB-dən AZƏRTAC-a bildirilib ki, növbəti həftə (avqustun 8-12 tarixləri) daha 1 şəhər və 4 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya həftənin 1-ci günü saat 14:00-da Füzuli rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 14:00-da Beyləqan rayonunda (Gənclər Mərkəzinin yanı), 3-cü günü saat 11:00-da Bərdə rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 14:00-da Mingəçevir şəhərində (Gənclər Mərkəzinin yanı), 5-ci günü saat 14:00-da isə Zərdab rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Xəbərin mətnində orfoqrafik səhv var