İQTİSADİYYAT


Növbəti il “Azəri-Çıraq-Günəşli” yatağında xam neft hasilatının həcminin azalacağı proqnozlaşdırılır

Növbəti il “Azəri-Çıraq-Günəşli” yatağında xam neft hasilatının həcminin azalacağı proqnozlaşdırılır

Bakı, 29 noyabr, AZƏRTAC

2023-cü ildə “Azəri-Çıraq-Günəşli” yatağında xam neft hasilatının həcminin 129,6 milyon barel olması proqnozlaşdırılır.

AZƏRTAC Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə istinadən xəbər verir ki, hasilatın aşağı düşməsi səbəbindən bu göstərici 2022-ci ilin göstəricisinə (153,1 milyon barel) nisbətən 23,5 milyon barel azdır.

“Azəri-Çıraq-Günəşli” yatağı üzrə son illərin proqnoz göstəricilərinin müqayisəsi nəticəsində 2015-ci ilin hasilat proqnozu ilə 2023-cü ilin hasilat proqnozu arasında təqribən 102 milyon barel və ya 44 faiz azalma müşahidə edilib. Təqdim olunan proqnoz göstəricilərinə əsasən, azalma tendensiyasının növbəti illərdə də davam etməsi gözlənilir ki, ortamüddətli proqnozda neftin qiymətinin 2023-cü ilin göstəricisi ilə sabit götürülməsi halında bu mənbə üzrə Dövlət Neft Fondun gəlirlərinin kəskin azalması ehtimalı yaranır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.