İQTİSADİYYAT


Növbəti ildə neft sektorunda yaranan əlavə dəyərin həcmi 2 milyard manat artacaq

Bakı, 30 oktyabr, AZƏRTAC

Gələn il neft sektorunda yaranan əlavə dəyərin həcminin 2 milyard manat artacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyində deyilir.

Qeyd edilir ki, növbəti ildə neft sektorunda yaranan əlavə dəyərin həcminin cari ilin gözlənilən rəqəmi ilə müqayisədə 2 milyard manat artması nəzərdə tutulur.

2019-cu il üçün ÜDM-in real artımının əsas mənbəyi neft sektorunda yaranan əlavə dəyərin həcminin real ifadədə artımı (3,1 faiz) ilə yanaşı, qeyri-neft sektorunda proqnozlaşdırılan (3,9 faiz) artımdır. Sənaye sektorunun payının 36,8 faiz, real artım tempinin 3,8 faiz həcmində proqnozlaşdırılması o cümlədən, mədənçıxarma sənayesinin neft sektorunun əsas lokomotivi olaraq 3,2 faiz real artım tempi ilə proqnozlaşdırılması neft sektoru üzrə müvafiq artımı şərtləndirməlidir. Mədənçıxarma sənayesinin proqnozlaşdırılan dövrdə sənaye sahəsində xüsusi çəkisi 85,4 faiz təşkil etməsi ehtimal olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.