DÜNYA


Növbəti illərdə ATƏT-ə sədrlik edəcək ölkələrin adları müəyyənləşib

Bratislava, 5 dekabr, AZƏRTAC

ATƏT Nazirlər Şurasının Bratislavada keçirilən 26-cı iclasında növbəti illərdə ATƏT-ə sədrlik edəcək ölkələrin adları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, növbəti il ATƏT-ə sədrlik edəcək Albaniyanın ardınca 2021-ci ildə İsveç, 2022-ci ildə isə Polşa bu təşkilata sədrliyi qəbul edəcək.

İsveçin Xarici İşlər naziri Ann Linde ölkəsinin sədrliyə namizədliyini əsaslandırarkən bildirib ki, bu qərarı diplomatiyanın təhlükəsizliyi təmin etmək üçün ən yaxşı yol olduğuna inandıqlarına görə veriblər.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.