REGİONLAR


Növbəti interaktiv dərs “Azərbaycanın görkəmli ədibləri” mövzusuna həsr edilib

Naxçıvan, 21 aprel, AZƏRTAC

“Mütaliə aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublika Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Azərbaycanın görkəmli ədibləri” mövzusunda növbəti interaktiv dərs keçirilib.

Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin bələdçisi tərəfindən aparılan dərsi muxtar respublikanın 200-dən çox məktəbinin şagirdləri izləyib. Dərsdə bildirilib ki, son onilliklərdə Azərbaycanda, o cümlədən muxtar respublikada ədəbiyyat, incəsənət, teatr sahələrində yüksəliş xüsusilə nəzərə çarpır. Dövlətimiz tərəfindən Azərbaycan, eləcə də Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılara hər zaman xüsusi diqqət göstərilir, Azərbaycan ədəbiyyatının bədii fikir salnaməsinə layiqli töhfələr verən görkəmli ədəbiyyat nümayəndələri, şair və mütəfəkkirlərin həyat və yaradıcılıqlarının öyrənilməsi və təbliği istiqamətində də əhəmiyyətli işlər görülür, müxtəlif illərdə ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyatı ilə bağlı kitablar çap olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan sərəncamlar əsasında muxtar respublikada görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olunur, yaradıcı insanlar yüksək dövlət mükafatları ilə təltif edilirlər.

Qeyd edilib ki, Prezident İlham Əliyevin böyük mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə imzaladığı 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib, 18 fevral 2021-ci il tarixdə isə ölkəmizin başçısı Azərbaycan aşıq poeziyasının görkəmli siması Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamların muxtar respublikada icrasının yüksək səviyyədə təmin edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan sərəncamlar əsasında Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planının icrası istiqamətində muxtar respublika təhsil müəssisələrində müxtəlif istiqamətli tədbirlər - elmi konfranslar, yaradıcılıq müsabiqələri, interaktiv dərslər keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.