SİYASƏT


Növbəti mərhələlərdə ölkədaxili gediş-gəlişin bərpası məsələsi müzakirə olunur

Bakı, 8 avqust, AZƏRTAC

Növbəti həftədə, təxminən avqust ayının 17-si ərəfəsində kafe və restoranların açıq hissələrində fəaliyyətin bərpa olunması müzakirə edilir. Həmçinin növbəti mərhələlərdə ölkədaxili gediş-gəlişin bərpası müzakirə edilən məsələlər siyahısındadır.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın avqustun 8-də keçirilən brifinqində bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, atılacaq addımların əsas şərti sanitar epidemioloji vəziyyətdir. Əgər yoluxma hallarının sayı azalan templə getsə, o zaman nəzərdə tutulan yumşaldılmalara gediləcək. Lakin bu azalma tempini qorumaq mümkün olmasa, o zaman, bu yumşaldılma ilə bağlı qərarlar təxirə salınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.