DÜNYA


Növbəti nəsil “iPhone 13 Pro”nun əsas xüsusiyyəti bəlli olub

Bakı, 2 iyun, AZƏRTAC

“iPhone 13” qurğularının bahalı versiyaları yüksəktezlikli görüntü yenilənməsini dəstəkləyən ekranlarla təchiz ediləcək.

AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, “Samsung” şirkəti “Apple” korporasiyası üçün 120 herslik panellərin istehsalı ilə məşğul olacaq. ABŞ-ın texnologiya nəhəngi yeni nəsil “iPhone” üçün on milyonlarla əlavə “OLED” panel sifariş verib. “iPhone 13 Pro” və “13 Pro Max” cihazları LTPO texnologiyası üzrə hazırlanmış 120 herslik ekranlarla təchiz ediləcək.

Yeni nəsil “Apple” smartfonlarının təqdimatı cari ilin sentyabrına gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.