CƏMİYYƏT
Növbəti onlayn seminar "Uğurun psixoloji cəhətləri" mövzusuna həsr edilib
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyi və Şəki Tibb Kollecinin birgə təşkilatçılığı ilə "Uğurun psixoloji cəhətləri" mövzusunda onlayn seminar keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təlimçi Fidan Əhmədova çıxışında uğurlu və uğursuz insanların xüsusiyyətlərini qeyd edib. Bildirib ki, uğurlu insanlar vaxtlarını səmərəli istifadə edir, məqsədli olur və tənqidi fikirləri qəbul edirlər. Uğursuz insanlar isə məsuliyyətsiz olur, öz səhvlərini qəbul etmir və işlərini ertələyirlər.
Müzakirə şəklində keçirilmiş seminarda, həmçinin tanınmış psixoloqların uğurla bağlı fərziyyələrindən də danışılıb.
Sonda Fidan Əhmədova könüllüləri maraqlandıran sualları cavablandırıb.