İQTİSADİYYAT


Növbəti özəlləşdirmə hərracına 61 dövlət əmlakı çıxarılacaq

Bakı, 10 avqust, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac sentyabrın 8-də təşkil ediləcək.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılacaq. Bunlardan 17-si səhmdar cəmiyyəti, 28-i kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 16-sı nəqliyyat vasitəsidir. Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə bu linklərə daxil olmaqla tanış olmaq mümkündür: (https://bit.ly/3gCngAb, https://bit.ly/2DEQn7q, https://bit.ly/3a1gB07https://bit.ly/30AsC9C )

Qeyd edək ki, aqrar, sənaye, nəqliyyat, təmir və sair sahələrə aid səhmdar cəmiyyətlərinin səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Kiçik dövlət müəssisəsi və obyektlərin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılan dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri, istehsal müəssisələri, qeyri-yaşayış binalarıdır.

Hərraca müxtəlif markalara aid, fərqli istehsal tarixli nəqliyyat vasitələri də çıxarılacaq. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclarda hər kəsin şəffaf və rahat iştirakı təmin edilir. Hərraclarda iştirak etmək istəyənlər Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytına (emlak.gov.az) və ya özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

Prosesə marağı olan şəxslər hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracların gedişini izləyə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.