ELM VƏ TƏHSİL


Növbəti tədris ilindən Bakı Ali Neft Məktəbində Pakistan tələbələri də təhsil alacaqlar

Bakı, 18 iyun, AZƏRTAC

Növbəti tədris ilindən Bakı Ali Neft Məktəbində (BANM) Pakistan tələbələri təhsil alacaqlar.

Bu barədə BANM-in rektoru Elmar Qasımovun Pakistanın ölkəmizdəki səfiri Said Xan Mohmand ilə görüşündə danışılıb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı BANM haqqında geniş məlumat verən rektor Elmar Qasımov iki ölkə arasında mövcud əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb. Rektor bir pakistanlı tələbəyə ali məktəbin təqaüdünün verilməsini təklif edib.

Səfir Pakistan və Azərbaycanın qardaş dövlətlər olduğunu və iki ölkə arasında ikitərəfli münasibətlərin hər gün daha da inkişaf etdiyini bildirib. Həmçinin səfir region üçün böyük əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssis hazırlayan ali məktəbin gördüyü işləri və BANM tələbələrinin uğurlarını yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.