ELM VƏ TƏHSİL


Novosibirsk kimyaçıları polimer kompozit materialların sintezi üçün yeni yanaşma təklif ediblər

Bakı, 21 fevral, AZƏRTAC

Novosibirsk kimyaçıları polimer kompozit materialların sintezi üçün yeni yanaşma təklif ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun saytında yer alıb. Məlumata görə, karbon nanoboruları ilə polimer materialların modifikasiyası (məsələn, polietilen) polimerlərin möhkəmliyini, aşağı temperatur və günəş təsirindən pozulmağa qarşı dayanıqlığını artırmağa imkan verir.

Lakin bu cür kompozitləri almaq üçün nanoboruları polietilendə bərabər paylaşdırmaq lazımdır. Kiçikölçülü və aqreqasiyaya qarşı yüksək meyilli olduğuna görə buna nail olmaq çətindir.

Katalitik polimerləşmə laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Q.K.Boreskov adına Kataliz İnstitutunun nanostrukturlaşmış karbon materiallar laboratoriyasının tədqiqatçıları polimerləşmənin titantərkibli katalizatorun köməyi ilə onun sintezi zamanı, polietilenin tərkibində karbon nanoboruları yerləşdirmək təklifini irəli sürüblər. Sibir kimyaçıları tərəfindən əldə olunan nəticələr yeni istehlak xassəli məqsədyönlü məhsulların yaradılması üçün də istifadə oluna bilər. Tədqiqatçılar yaxın zamanda təcrübi-konstruktor işləri mərhələsinə keçməyə ümid bəsləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.