MƏDƏNİYYƏT


Novosibirsk sakinlərinə Yeni ili Azərbaycanda qarşılamaq təklif olunur

Moskva, 16 dekabr, AZƏRTAC

Rusiyanın Novosibirsk vilayətinin sakinlərinə Yeni ili Azərbaycanda qarşılamaq təklif olunur.

AZƏRTAC xəbər verir ki, Novosibirskin “Sib.fm” saytı vilayət sakinlərinə Yeni ili Azərbaycanda qarşılamağı tövsiyə edir. Bu il Rusiyada Yeni il tətili yanvarın 1-dən 8-dək davam edəcək. Bu dövrdə novosibirsklilərə Bakıda, “Şahdağ” və “Tufandağ” turizm komplekslərində maraqlı vaxt keçirmək təklif olunur.

Qeyd edək ki, Novosibirskdən Bakıya həftədə 3 dəfə birbaşa aviareyslər həyata keçirilir.

Sibir sakinləri üçün tərtib edilmiş siyahıda Azərbaycandan başqa Seul, Dubay, Vyetnamın Nyaçanq şəhəri, Banqkok da var.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.