Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Novosibirsk vilayəti Qanunvericilik Məclisinin komitə sədri Mayis Məmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin həyat və fəaliyyətiniz Azərbaycanın həyatı və taleyi ilə ayrılmaz surətdə bağlıdır. Başa çatmaqda olan ilin noyabr ayında Siz mərdanə və müdrik qərar qəbul etməklə adınızı doğma Azərbaycanın tarixinə qızıl hərflərlə yazdınız, Azərbaycan xalqı ilə birlikdə çox qısa müddətdə sülhə və dövlətin ərazi bütövlüyünü bərpa etməyə nail oldunuz.

Əminəm ki, Prezident vəzifəsində Sizin çoxşaxəli fəaliyyətiniz Azərbaycanın əməksevər xalqının firavanlığı, ölkənin müstəqilliyinin möhkəmlənməsi və iqtisadi potensialının artırılması işinə töhfə verəcək.

Hörmətli cənab Prezident, Sizə və ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, qardaş Azərbaycan xalqına isə rifah, tərəqqi və uğurlar diləyirəm.

Hörmətlə,

Mayis Məmmədov

Novosibirsk vilayəti Qanunvericilik Məclisinin Nəqliyyat,

sənaye və informasiya siyasəti komitəsinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin