İQTİSADİYYAT


Novosibirsk vilayətinin biznes missiyası Azərbaycana gələcək

Bakı, 24 yanvar, AZƏRTAC

Rusiya Federasiyasının Novosibirsk vilayətinin biznes missiyası Azərbaycana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, fevralın 5-8-də Bakıda Azərbaycan və Novosibirsk vilayətinin müəssisələri arasında iqtisadi əməkdaşlıq isiqamətində bir sıra işgüzar görüşlər keçiriləcək.

Biznes missiyaya bölgənin sənaye və aqrosənaye kompleksinin aparıcı müəssisələri daxildir. Səfər çərçivəsində hökumət nümayəndələri, müvafiq təşkilatlar və işgüzar dairələrlə danışıqlar aparılacaq.

Bu tədbirlərin keçirilməsi Novosibirsk vilayətinin sənaye və investisiya potensialını təqdim etməyə, mövcud olanları möhkəmləndirməyə, yeni inteqrasiya əlaqələrini qurmağa və ticarət dövriyyəsinin artmasına imkan yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.