MƏDƏNİYYƏT


Novruz Bayramı Serbiyada qeyd olunub

Belqrad, 15 mart, AZƏRTAC

Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə xalqımızın qədim və sevimli Novruz bayramı qeyd olunub. Ölkəmizin Serbiyadakı Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan diasporunun üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov xalqımızın birlik və mehribanlığının, qədim adət-ənənələrə olan bağlılığının və baharın gəlişinin rəmzi olan Novruz haqqında Serbiyadakı azərbaycansevərlərə məlumat verib, 2010-cu ildə BMT-nin Baş Məclisi tərəfindən mart ayının 21-nin “Beynəlxalq Novruz Günü” elan olunduğunu deyib. Serbiya-Azərbaycan münasibətlərinə toxunan səfir ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksəlməkdə olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycanın milli geyimlərində olan uşaqlar Novruz haqqında şeirlər və mahnılar ifa edib, milli rəqsləri nümayiş etdiriblər. Azərbaycan icmasının üzvləri və serbiyalı qonaqlar bayramı səməni, rəngbərəng yumurtalar və Azərbaycan mətbəxinin ləziz şirniyyatları olan şəkərbura, paxlava, qoğal və s. ilə bəzədilmiş süfrə ətrafında qeyd ediblər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.