SİYASƏT
Novruz Məmmədov: Beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların sayı gündən-günə artır VİDEO
Bakı, 17 mart (AZƏRTAC). Beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların sayı gündən-günə artır. Azərbaycanın beynəlxalq və regional təşkilatlarda 100-ə yaxın nümayəndəsi fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə müsahibəsində demişdir.
Beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndələr ilə əlaqələrin qurulmasının əhəmiyyətinə toxunan Novruz Məmmədov regionun lideri olan Azərbaycanın dünyada nüfuzunun artdığını vurğulayaraq demişdir: “Beynəlxalq təşkilatlarda çalışan həmyerlilərimizin hər birinin Vətəni doğma Azərbaycandır. Biz onlarla əlaqələri genişləndirərək səylərin vacib sahələrə yönəldilməsinə nail olmalıyıq. Düşünürəm əməkdaşlığımızın çox böyük gələcəyi vardır”.