Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Novruz Məmmədov: “Cənab Şults Azərbaycanla bağlı mənfi mövqe bildirmək üçün sanki fürsət axtarır”

Novruz Məmmədov: “Cənab Şults Azərbaycanla bağlı mənfi mövqe bildirmək üçün sanki fürsət axtarır”

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AZƏRTAC-a müsahibəsində Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da qurumun Strasburqda keçirilmiş plenar iclasında səsləndirdiyi fikirlərə münasibət bildirib.

– Dünən axşam Avropa Parlamentinin iclasında Martin Şultsun Leyla Yunusla bağlı bildirdiyi mövqeyə münasibətiniz necədir?

– Leyla Yunus haqqında bircə onu deyə bilərəm ki, onun kimliyini və 25 ildir nə işlə məşğul olduğunu hamı bilir. Mən bu haqda danışmaq istəmirəm. Cənab Şultsun bununla bağlı mövqeyinə gəldikdə isə deməliyəm ki, belə bir həqiqəti təhrif edən, amiranə, tələb xarakterli mövqe, əlbəttə, ona münasibət bildirməyi zəruri edir. Birincisi, ona görə ki, cənab Şults Azərbaycanla bağlı mənfi mövqe bildirmək üçün sanki fürsət axtarır və onu da deyək ki, heç vaxt fürsəti əldən vermir. Biz dəfələrlə bunun şahidi olmuşuq. İkincisi isə cənab Şults öz təqdimatını insan hüquqları ilə əlaqələndirərək özünü bu hüquqların müdafiəçisi kimi göstərməyə çalışır. Guya günahsız insanları müdafiə etməklə məşğuldur. Üçüncüsü isə o, beynəlxalq ictimaiyyətə özü bilə-bilə düzgün məlumat vermir, çaşdırır, yanlış mövqe formalaşdırır.

Cənab Şults xeyli müddətdir ki, Avropanın siyasi səhnəsində fəaliyyət göstərir. Bu illər ərzində o, Avropa İttifaqının güclənməsi istiqamətində, görünür, missiyasını bitmiş hesab edir. O, yəqin düşünür ki, Avropa İttifaqı ilə bağlı bütün məsələləri tənzimləyə bilib, bu sahədə hər şey əla gedir, bu səbəbdən də özündən çox razıdır və əlinə fürsət düşən kimi Avropa Parlamentində, parlamentdən kənarda qərəzli müzakirələr təşkil edir, bəyanatlar verir. 

Bütün bunlar isə o zaman baş verir ki, Avropanın və dünyanın digər ölkələrinin rəhbərləri, Baş nazirləri həm Azərbaycana səfər edərək, həm də öz paytaxtlarında Azərbaycanda son illərdə gedən inkişafı, əldə edilən nailiyyətləri, təmin edilən sabitliyi və təhlükəsizliyi Azərbaycan möcüzəsi adlandırırlar. Cənab Şultsu isə belə işlər heç maraqlandırmır. O, bunlar barədə bir söz də demək istəməyib. 

Nə üçünsə Azərbaycanın qısa bir dövrü əhatə edən müstəqillik illərində inkişaf etməsi, çiçəklənməsi, mürəkkəb geosiyasi regionda sabitliyini və təhlükəsizliyini təmin etməsi, beynəlxalq aləmdə böyük nüfuz qazanaraq müxtəlif siyasi, mədəni, idman tədbirlərinə ev sahibliyi etməsi cənab Şults üçün heç bir əhəmiyyət daşımır. Belə məsələlər onu maraqlandırmır. 

Amma özünü ədalət carçısı, insan haqları müdafiəçisi kimi təqdim edən cənab Şults Azərbaycanda qaçqına və köçkünə çevrilmiş, bütün fundamental hüquqları pozulmuş bir milyon günahsız qocanın, qadının, cavanın, uşağın müdafiəsi üçün heç olmasa bircə dəfə bəyanat verib mövqe bildirsəydi, onda onun başqa bəyanatlarına da inam olardı. 

Heç olmasa cənab Şults Azərbaycanın 25 ildir işğal altında qalan, beynəlxalq birlik tərəfindən tanınmış torpaqları ilə bağlı bircə dəfə ədalətli bəyanat versəydi, onda ona inam yaranardı. Lakin, o, bunu etmir. 

Belə şəxslərin öz missiyalarını nədə gördüklərini bəzən anlamaq olmur. Avropa İttifaqını gücləndirmək, ona etimadı, inamı möhkəmləndirmək əvəzinə qərəzli bəyanatlar vermək, beynəlxalq ictimaiyyəti çaşdırmaq, görəsən, hansı niyyətdən qaynaqlanır? Təəssüflər olsun ki, belə hallar çoxdur. 

Cənab Şultsun ambisiyalı siyasətçi olması göz qabağındadır. Amma o, ambisiyalı olduğu qədər də cəsarətli olsaydı, onda heç olmasa bir neçə kəlmə də Ferquson hadisələri ilə bağlı deyərdi. Əgər buna cəsarəti çatmırsa, onda Avropanın əksər ölkələrində, elə öz ölkəsində, Brüsseldə baş verən hadisə və proseslərlə bağlı mövqe bildirərdi. Bəyanat verib, təqdim edilməli ciddi hadisələr hər gün baş verir. Beləliklə, cənab Şults öz işləri ilə məşğul olsa daha yaxşı olardı və ona etimad da yaranardı, ambisiyaları da reallaşardı. 

Bəzən doğrudan da müəyyən hadisə və proseslərlə bağlı heç bir məsuliyyət hiss etmədən, onları hərtərəfli araşdırıb öyrənmədən qərəzli bəyanatların verilməsinin nəticələri göz qabağında olsa da, belə proseslər təəssüf ki, bu gün də davam edir. Bunun üçün də bu gün bir suala cavab axtarmaq lazım gəlir. Avropa İttifaqının indiki problemli və böhranlı vəziyyətinin səbəbləri hansılardır və məsuliyyətini kimlər daşıyır? Bu suala cavab üçün cənab Şults da düşünsə pis olmaz. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisinin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub