MƏDƏNİYYƏT


Novruz bayramı Strasburqda da qeyd edilib

Strasburq, 22 mart, AZƏRTAC

Strasburqda “Kəpəz” nəşriyyatının və mərkəzi Vyanda olan məşhur “Freywille” şirkətinin təşəbbüsü ilə Novruz şənliyi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bayram şənliyinin qonaqları arasında Fransada rəsmi səfərdə olan Milli Məclisin deputatı Hikmət Babaoğlu da olub.

Bayram şənliyində Fransada fəaliyyət göstərən Azərbaycan tarixi və ədəbiyyatı nümunələrini dərc edən “Kəpəz” nəşriyyat evinin kitabları sərgilənib. Qonaqlar Azərbaycan milli mətbəxinin təamlarına qonaq edilib.

Sonda şənlikdə püşkatma keçirilib və qaliblərə “Kəpəz” nəşriyyat evinin kitabları hədiyyə edilib.

Qeyd edək ki, “Kəpəz” nəşriyyat evinin əsas məqsədi Azərbaycan tarixini, ədəbiyyatını və reallıqlarını fransızlara, eləcə də Fransada yaşayan digər xalqlara tanıtmaqdır. Nəşriyyat fəaliyyət göstərdiyi qısa müddət ərzində bir çox kitabları ilə yerli oxucuların rəğbətini qazanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.