CƏMİYYƏT


Novruz bayramı ərəfəsində Lökbatan qəsəbəsində növbəti yarmarka təşkil olunub

Bakı, 16 mart, AZƏRTAC

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Novruz bayramı ərəfəsində növbəti dəfə təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına mal, qoyun və quş əti, süd və süd məhsulları, yumurta, bal, meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, satış-yarmarkada yerli məhsullar alıcılara bazar qiymətindən 10-20 faiz ucuz təklif olunub.

İcra hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarkanın məqsədi bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının dolğun ödənilməsi, süni qiymət artımının qarşısının alınması, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaradılması olub. Alıcılar yarmarkadakı qiymətlərdən razı qaldıqlarını bildiriblər.

Satış-yarmarka Novruz bayramına qədər hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.