CƏMİYYƏT


Novruz bayramı ilə əlaqədar Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası xeyriyyə aksiyalarına başlayıb

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün pulsuz müayinə kampaniyası keçirəcək.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müayinə olunan uşaqlar zəruri ehtiyac yarandığı təqdirdə pulsuz əməliyyat və sünnət ediləcəklər.

Tədris Cərrahiyyə Klinikasının elan etdiyi digər kampaniyada isə ödənişsiz müayinə və endirimli müalicə nəzərdə tutulur. Həmin kampaniya zamanı klinikanın endokrinoloqu Azər Hümmətov Novruz bayramı ilə əlaqədar olaraq qalxanabənzər vəz xəstəliklərinin müayinə və müalicəsini endirimli qiymətlərlə aparacaq.

Professor Məhəmməd Kərimov vena və varikoz xəstələrinin müayinə və müalicəsinə də endirimli qiymətlər tətbiq edəcək. Fleboloq ilk dəfə qəbula gələnləri ödənişsiz müayinədən keçirəcək, müalicə isə 30 faiz endirimli qiymətlərlə aparılacaq.

Plastik cərrah Mirsaleh Abdullayev da xəstələrin pulsuz müayinəsini aparmağı öhdəsinə götürüb. O, əməliyyatları 20 faiz endirimli qiymətlərlə yerinə yetirəcək.

Novruz bayramı ilə əlaqədar olan kampaniya martın 15-dən aprelin 15-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.