CƏMİYYƏT


“Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydaları” mövzusunda birbaşa sual-cavab təşkil olunub

Bakı, 12 mart, AZƏRTAC 

Martın 12-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “Facebook” sosial şəbəkə səhifəsində (https://www.facebook.com/officialfhn) “Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydaları” mövzusunda birbaşa sual-cavab təşkil olunub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Facebook” üzərindən canlı yayımın təşkilində məqsəd Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyi qaydalarının əhaliyə aşılanmasıdır.

Canlı yayımda mövzuya dair məlumatlar verilib və suallar ətraflı cavablandırılıb.

Müzakirələr zamanı “Facebook” istifadəçiləri tərəfindən əsasən Novruzda tonqalların qalanması, bayram ilə bağlı müxtəlif mərasimlər və s. zamanı diqqət yetirilməsi vacib olan təhlükəsizlik tədbirləri ilə əlaqədar suallar verilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən sosial şəbəkələr vasitəsilə belə yayımlar davamlı şəkildə təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.