CƏMİYYƏT


Novruz bayramına qədər ölkə üzrə pensiyaların ödənilməsi təmin ediləcək

Bakı, 13 mart, AZƏRTAC

Yanvarın 1-dən etibarən elektron pensiya təyinatına başlanılıb. Bu günədək artıq 5600-dən çox vətəndaşa doğum günündə elektron qaydada pensiya təyinatı edilib. Həmçinin mart ayının pensiyalarının qrafik üzrə verilməsinə də başlanılıb. Artıq 10-dan çox rayonda pensiyalar hesablara köçürülüb. Novruz bayramına qədər ölkə üzrə pensiyaların ödənilməsi təmin ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.

Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən tədbirlərdən danışan nazir bildirib ki, bu ilin iki ayı ərzində ölkədə əmək müqavilələrinin sayı 53 mindən çox artıb. Bunun da 40 mini özəl sektorun payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.