ELM VƏ TƏHSİL


“Novruz mühazirələri”nə başlanılır

Bakı, 28 fevral, AZƏRTAC

Martın 3-də Təhsil Nazirliyi ilk “Novruz mühazirəsi”ni keçirəcək. Azərbaycan-Fransız (UFAZ) Universitetində təşkil olunacaq ilk mühazirə “Qeyri-səlis məntiqlə yeni sivilizasiyalara doğru” mövzusuna həsr ediləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mühazirədə iştirak etmək istəyən şəxslər [email protected]  elektron poçtuna müraciət ünvanlaya bilərlər.

“Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.

Qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.