CƏMİYYƏT


Novxanıda keçmiş məhbusun istixanasından 252 çətənə kolu aşkarlanıb VİDEO

Bakı, 1 avqust, AZƏRTAC 

Daxili işlər orqanları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Taleh Ağayev saxlanılıb. Onun qəsəbə ərazisindəki həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 252 çətənə kolu aşkarlanaraq götürülüb.

T.Ağayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq göstərərək yetişdirdiyini etiraf edib. Onun məqsədi çətənə kollarını qurudandan sonra satmaq olub.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.