CƏMİYYƏT


Noyabr ayı üzrə müavinət, təqaüd və kompensasiyalar da ödənildi

Bakı, 21 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar hesablarına köçürülmüş müavinət, təqaüd və kompensasiyalarını bank kartları vasitəsilə müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

Xatırladaq ki, noyabrın 13-dək bu ayın bütün ölkə üzrə pensiya ödənişi də başa çatdırılıb.

Beləliklə, 2,3 milyona yaxın şəxsə bu ay pensiya, müavinət, təqaüd və kompensasiya ödənilib.

Yaxın günlərdə isə noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımları ödəniləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.