CƏMİYYƏT


Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənilib

Bakı, 26 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının da ödənişi həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb. Vətəndaşlar hesablarına köçürülmüş sosial yardım vəsaitlərini onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl isə noyabrın 13-dək bu ay üzrə pensiyalar, ötən həftə isə noyabrın müavinət, təqaüd və kompensasiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün sosial təminat növləri üzrə ödənişlər başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.