CƏMİYYƏT


Noyabrda 341 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı, 1 dekabr, AZƏRTAC

Noyabrda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Şəmkir, Tərtər, Tovuz, Qaradağ rayonlarında və Bakı, Gəncə, Sumqayıt şəhərlərində 508 min 13 kvadratmetr ərazi yoxlanılıb. Ay ərzində 341 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 17 və tank əleyhinə 1 mina aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, əməliyyatlara 480 nəfərlik əməliyyat heyəti, 135 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.

İndiyədək cəmi 531 milyon 572 min 550 kvadratmetr ərazi təmizlənib, 800 min 951 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Ötən ay Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən 10, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 8 və rayon polis şöbələrindən 2 müraciət daxil olub. Müraciətlər əsasında 12 min 630 kvadratmetr ərazi təmizlənib, 176 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Noyabrda mina, partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.