İQTİSADİYYAT


Noyabrda “Azərkosmos” 20 ölkəyə 3,5 milyon dollarlıq xidmət ixrac edib

Noyabrda “Azərkosmos” 20 ölkəyə 3,5 milyon dollarlıq xidmət ixrac edib

Bakı, 30 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən 30 ölkəyə 41,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayına istinadla xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

Noyabrda ASC 20 ölkəyə 3,5 milyon dollar dəyərində xidmət ixrac edib. “Azərkosmos”un cari ilin yanvar-noyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.