CƏMİYYƏT


Noyabrda Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı Mərkəzinə 7171 zəng daxil olub

Bakı, 5 dekabr, AZƏRTAC 

Noyabrda Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 - Çağrı Mərkəzinə 7171 zəng daxil olub.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, onlardan 6413-ü Azərbaycan, 678-i rus, 80-i isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 1970-i müvəqqəti yaşama icazəsi, 739-u vətəndaşlıq məsələləri, 643-ü olduğu yer üzrə qeydiyyat, 495-i daimi yaşama icazəsi, 443-ü iş icazələri, 308-i inzibati xəta, 2573-ü digər məsələlər ilə əlaqədar olub. Ay ərzində 104 zəng sifarişi qəbul edilib.

Daxil olmuş zəng sifarişləri ilə əks-əlaqə yaradılıb və suallar qanunvericiliyə müvafiq qaydada cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.