İQTİSADİYYAT


Noyabrda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 379 vətəndaş müraciət edib

Bakı, 7 dekabr, AZƏRTAC

Noyabr ayında elektrik enerjisi, təbii qaz təchizatı, istilik təchizatı və digər sahələrlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) birbaşa və Energetika Nazirliyindən daxil olan vətəndaş müraciətlərinin sayı 379 olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, ay ərzində elektrik enerjisi təchizatı ilə bağlı AERA-ya 235, təbii qaz təchizatı ilə bağlı 105 müraciət ünvanlanıb, 21 vətəndaş müraciəti istilik təchizatı ilə bağlı olub, 18 müraciət digər məsələləri əhatə edib.

379 vətəndaş müraciətinin 4-ü Energetika Nazirliyi ilə müştərək icra olunub, 213 müraciət hazırda baxılma prosesindədir, 3 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilməklə, ümumilikdə 129 müraciət agentlik tərəfindən araşdırılaraq cavablandırılıb. 33 məlumat xarakterli müraciətdən 18-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.