CƏMİYYƏT


Noyabrda “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisi keçiriləcək

Bakı, 17 avqust, AZƏRTAC

Noyabrın 3-dən 5-dək Bakı Ekspo Mərkəzində “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları və “Beauty Azerbaijan” Azərbaycan Beynəlxalq Gözəllik Sənayesi sərgiləri keçiriləcək.

Tədbirlərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərindən AZƏRTAC-a verilən məlumata görə, “Medinex” sərgisi tibb və səhiyyə sahəsində hərtərəfli tədbirdir, həmçinin istehsalçılar, distribütorlar və sənaye peşəkarları üçün görüş yeridir. Sərgi Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilir. Sərgidə tibbi avadanlıqlar, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibdə informasiya texnologiyaları və s. təqdim olunacaq.

“Beauty Azerbaijan” sərgisinin tərkib hissəsi olaraq kosmetologiya və estetik tibb üçün məhsullar, parfümeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, saça və bədənə qulluq vasitələri, dekorativ kosmetika, professional kosmetika, salon avadanlığı və bərbər alətləri və bir çox başqa məhsullar təqdim edəcək.

Hər bir sərgi çərçivəsində təşkilatçılar müxtəlif işgüzar və mədəni tədbirlər planlaşdırıblar. Həmçinin ənənəyə uyğun olaraq yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşləri nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.