İQTİSADİYYAT


Noyabrda paytaxtda 4 küçə əsaslı təmir edilib

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən noyabr ayı ərzində Bakıda yerinə yetirilmiş işlər barədə məlumat açıqlanıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində paytaxtda uzunluğu 4400 metr olan 4 küçə əsaslı təmir edilib. Əsaslı təmir işlərinin aparıldığı sahə 25 min 220 kvadratmetrdir.

Həmçinin əsaslı təmir zamanı küçə və yollara 790 poqonmetr səki daşları düzülüb, 6 ədəd kanalizasiya lükü yenisi ilə əvəz olunub, 4800 poqonmetr üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Orta təmir işlərinin aparıldığı küçələrin uzunluğu isə 2590 metr, orta təmir işlərinin aparıldığı sahə 22 min 756 kvadratmetr təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.