ELM VƏ TƏHSİL


Noyabrın 10-da “Elmdə Zəfər mükafatı - 2021” müsabiqəsinin nəticələri açıqlanacaq

Bakı, 28 oktyabr, AZƏRTAC

Noyabrın 10-da “Elmdə Zəfər mükafatı - 2021” müsabiqəsinin nəticələri elan ediləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə yüksək impakt faktora malik nüfuzlu jurnallarda dərc olunan məqalələr təqdim edilib. Fonda daxil olan hər elmi iş IETI (Beynəlxalq Mühəndislik və Texnologiya İnstitutu) tərəfindən ekspertizadan keçirilib, müvafiq ballarla qiymətləndirilib.

Qaliblərin mükafatlandırılması mərasiminin videoçarxı sosial şəbəkələrdə təqdim olunacaq. Müsabiqənin nəticələrinin şəffaflığı üçün hər bir alim öz balını hesablamaq hüququna malikdir. Belə ki, Fondun saytında müsabiqəyə təqdim edilən elmi işin qiymətləndirilməsi cədvəli təqdim olunub. Müsabiqəyə elmi iş təqdim edən hər bir alim öz nəticəsini yoxlaya bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.