ELM VƏ TƏHSİL


Noyabrın 21-də dövlət qulluğu vəzifələri üzrə növbəti test imtahanı təşkil olunacaq

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı təşkil olunacaq.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək imtahan saat 11:00-da başlanacaq. İmtahanda iştirak etmək üçün AB vəzifə qrupu üzrə 12, AC vəzifə qrupu üzrə isə 38 namizəd qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.