İQTİSADİYYAT


Noyabrın 2-dək Bakı metrosu həftəsonları işləməyəcək

Bakı, 28 sentyabr, AZƏRTAC

Noyabrın 2-dək bütün həftəsonları Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 2020-ci il 28 sentyabr tarixli Qərarı ilə ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti noyabrın 2-si saat 06:00-dək uzadılıb. Qərarın 2.2 bəndinə əsasən, ictimai nəqliyyatda, o cümlədən Bakı Metropolitenində aşağıda qeyd edilən müddətlərdə sərnişindaşıma fəaliyyəti həyata keçirilməyəcək:

- 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək;

- 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək;

- 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək;

- 24 oktyabr 2 saat 00:00-dan 26 oktyabr saat 06:00-dək;

- 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.