DÜNYA


Noyabrın 4-ü İranda dünya imperializmi ilə mübarizə günü kimi qeyd olunur VİDEO

Tehran, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-ü (İran təqvimi ilə 13 aban) İran İslam Respublikasında “Dünya imperializmi ilə milli mübarizə günü” kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Tehran və digər iri şəhərlərdə tələbə və gənclər kütləvi aksiyalar keçirirlər. Aksiyalarda ABŞ əleyhinə şüarlar səsləndirilir və dünya ictimaiyyətindən baş verən ədalətsizliyə qarşı çıxmaq tələb olunur.

Bu gün müasir İran tarixində bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, 4 noyabr 1964-cü ilə İran İslam İnqilabının banisi İmam Xomeyni pəhləvi rejimi tərəfindən Türkiyəyə sürgün edilib. 1978-ci ilin noyabrın 4-də pəhləvi rejiminin siyasətinə etiraz edən tələbələr Tehranda zorakılığa məruz qalıblar. Tələbələrə qarşı silahdan istifadə edilib, yüzlərə tələbə qətlə yetirilib və həbs olunub. Nəhayət 1979-cu il noyabrın4-də yenə də tələbələr ABŞ-ın İrandakı səfirliyini “casus yuvası” adlandıraraq binaya hücum edərək onu dağıdıblar ki, bu da islam inqilabının qələbəsinə böyük təkan verib.

Məhz bu tarixi hadisələr nəzərə alınaraq hər il 4 noyabr İranda “Dünya imperializmi ilə milli mübarizə günü” kimi qeyd olunur.

ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşdirmək tarixini də məhz noyabrın 4-nə təyin etməsi təsadüfi deyil.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.