DÜNYA


Noyabrın birinci yarısı üzrə ən yaxşı smartfonların reytinqi açıqlanıb

Bakı, 14 noyabr, AZƏRTAC 

“Gsmarena” saytında noyabrın birinci yarısı üzrə dünyada 10 ən populyar smartfonun reytinqi yerləşdirilib. Çin şirkətinin “Oppo F5” smartfonu bu reytinqdə birinci yeri tutub.

AZƏRTAC xəbər verir ki, saytın məlumatına görə, reytinqin tərtibi zamanı mütəxəssislər bu və ya digər cihazla bağlı populyar axtarış sistemlərində sorğuların sayını əsas götürüblər. Statistikanın araşdırılması zamanı məlum olub ki, Çin şirkətinin “Oppo F5” smartfonu reytinqdə birinci yerdə qərarlaşıb. İkinci pillədə “iPhone X” smartfonu yerləşib. Kifayət qədər yaxşı ön kameraya malik “Xiomi Redmi Y1” smartfonu isə üçüncü olub.

“Samsung Galaxy J7” və “Xiaomi Mi A1” smartfonları ilk beşlikdə yer alıb. Hər iki qurğu əlçatan qiymətə və yaxşı keyfiyyətə malikdir. Sonrakı iki yeri “Samsung” şirkətinin “Galaxy Note” və “Galaxy S8” smartfonları tutub. Əfsanəvi “Motorola” şirkəti tərəfindən hazırlanmış “Moto X4” smartfonu reytinqin sonuncu pilləsində qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.