CƏMİYYƏT


Noyabrın ilk günündə bəzi bölgələrdə 28 dərəcə isti olacaq

Bakı, 31 oktyabr, AZƏRTAC 

Azərbaycanda noyabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz mülayim şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17°, gündüz 20-24° isti, Bakıda gecə 15-17°, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Noyabrın 1-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 23-28° isti, dağlarda gecə 7-12°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.