İQTİSADİYYAT


Noyabrın ilk hərracında hansı dövlət əmlakları özəlləşdirilib?

Bakı, 6 noyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 6-da dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Özəlləşdirilən belə obyektlərdən biri paytaxtın Xətai rayonu, S.Senyuşkin küçəsindədir.

Komitədən AZƏRTAC-a bildirilib ki, xidmət sahəsində əlverişli fəaliyyətə imkan verən və ümumi faydalı sahəsi 49,9 kvadratmetr olan bu dövlət əmlakı üçün 2 vətəndaş sifariş verib. Hərracda 12 min 500 manat təklif edən iştirakçı prosesin qalibi olub.

Digər bir iaşə obyekti kimi istifadəyə imkan verən əmlak Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşir. Onun ümumi faydalı sahəsi 15,1 kvadratmetrdir.

Yerləşdiyi ərazi və uyğun satış qiyməti ilə bu obyekt sahibi üçün kiçik sahibkarlıq fəaliyyətində əlavə imkanlar yarada biləcək.

Bu dəfə özəlləşməyə çıxarılan nəqliyyat vasitələrindən biri olan “Fiat Doblo” markalı avtomobil də vətəndaş marağına səbəb olub. Belə ki, bu avtomobilin hərracında vətəndaş son qiymət olaraq 3 min 500 manat təklif edib.

Komitə tərəfindən reallaşan hərraclarda özəlləşdirilən dövlət əmlakları investorlar üçün biznes fəaliyyətində yaxşı gəlir mənbəyi olmaqla yanaşı, ölkə iqtisadiyyatı üçün də müsbət təsir imkanları yaradır. Müasir səviyyədə yenidən qurulan biznes obyektləri yeni iş yerlərinin yaradılmasına, istehsal olunan məhsullar və göstərilən xidmətlər isə daxili tələbatın ödənilməsinə şərait yaradır.

Əmlak Məsələləri Dövlət Komitəsinin şəffaf və açıq formada keçirdiyi özəlləşdirmə hərracları investorların bu sahədə aktivliyinə və geniş formada iştirakının təminatına yönəlib. Rahat və əlçatan prosedurlar hər kəsin hərraca canlı və ya onlayn formada qoşulmasını mümkün edir.

Qeyd olunub ki, noyabrın 13-də növbəti hərrac təşkil ediləcək. Hərraca ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 10-u nəqliyyat vasitəsi, 3-ü isə yarımçıq tikilidir.

Dövlət əmlakları ilə tanış olmaq, hərracın sifarişçisinə çevrilmək, prosesə onlayn qatılmaq üçün Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.