İDMAN


Nqolo Kante “Real Madrid”ə və ya “Barselona”ya keçmək naminə komandasından ayrılmağa hazırdır

Bakı, 19 oktyabr, AZƏRTAC

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante “Pari Sen-Jermen” (PSJ) klubuna görə London təmsilçisini tərk etməyi düşünmür.

AZƏRTAC “La Gazetta Dello Sport”a istinadla xəbər verir ki, 27 yaşlı fransalı futbolçu “Çelsi”dən yalnız “Real Madrid” və ya “Barselona” klublarına keçid naminə ayrılmağa hazırdır.

Xatırladaq ki, “PSJ” rəhbərliyi yay transfer pəncərəsi zamanı Kanteni heyətinə qatmağa çalışsa da, heç bir nəticə əldə edə bilməyib.

Futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq. Kante London klubuna 2016-cı ildə “Lester Siti” klubundan 35,8 milyon avroya keçib. Yarımmüdafiəçi cari mövsümdə “Çelsi”nin heyətində 10 matçda bir qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.