SİYASƏT


Nquyen Kuan Hay: Azərbaycan Ordusu qarşısında duran vəzifələrin öhdəsindən qısa müddətdə gəldi

Pekin, 16 noyabr, AZƏRTAC

Vyetnamın tanınmış diplomatı, uzun illər Yaxın Şərq ölkələrində səfir vəzifəsində çalışmış Nquyen Kuan Hay yerli mətbuatda məqalə ilə çıxış edərək, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları bəyanatı Azərbaycanın qələbəsi kimi qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, təcrübəli diplomat Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlar nəticəsində Ermənistanın ağır vəziyyətə düşdüyünü, bu ölkənin ordusunun hərbi ruhunun sındığını və işğalçı dövlətin Azərbaycan şərtləri ilə razılaşaraq bəyanata imza atmağa razı olduğunu bildirib.

Məqalədə Vyetnam ictimaiyyətinə həmin bəyanat haqqında ətraflı məlumat verilib.

Münaqişənin tarixinə toxunan Nquyen Kuan Hay 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər 7 rayonunun işğal edildiyini bildirib. O, Azərbaycan Ordusunun böyük gücə malik olduğunu və qarşısında duran vəzifələrin öhdəsindən qısa müddətdə gəldiyini diqqətə çatdırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.