SİYASƏT


Nüfuzlu “China Daily” qəzeti diplomatların Şuşaya səfərinə dair məqalə yayıb

Bakı, 15 iyul, AZƏRTAC

Çinin nüfuzlu ingilisdilli “China Daily” qəzeti Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Şuşa şəhərinə səfərinə dair məqalə yayıb.

AZƏRTAC-ın Çin Xalq Respublikasındakı xüsusi müxbiri Şahin Cəfərovun müəllifi olduğu məqalədə qeyd olunub ki, səfərin məqsədi xarici diplomatları Şuşada həyata keçirilən bərpa və yenidənqurma işləri, Şuşa şəhərinin orijinal memarlıq üslubu və Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir.

Bildirilib ki, diplomatlar əvvəlcə Füzuli beynəlxalq hava limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Diplomatik korpusun nümayəndələri, o cümlədən 46 ölkənin səfiri, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada tarixi və dini-memarlıq abidələrini, o cümlədən Şuşa şəhər mərkəzi meydanını, Saatlı, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidlərini, Xan qızı bulağını, Şuşa qala divarlarını, Pənahəli xanın sarayının qalıqları olan ərazini və Mehmandarovların malikanə kompleksini ziyarət ediblər. Onlara işğal dövründə tarixi və dini-memarlıq abidələrinə vurulmuş ziyan barədə məlumat verilib.

Qeyd olunub ki, Qazançı kilsəsinə baş çəkən diplomatlara şəhərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma və bərpa işlərinin Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilməsi barədə məlumat verilib. Şuşa şəhərinin yuxarı hissəsində yerləşən Qazançı kilsəsi də bərpa edilir.

Oxucuların diqqətinə çatdırılıb ki, Qazançı kilsəsi 1868-1887-ci illərdə qədim zərdüşt məbədi üzərində inşa olunub.

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.

AZƏRTAC-ın “China Daily” qəzeti ilə informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.